Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Kəlbəcər Rayon İcra Hakimiyyətinin icra başçısı Aqil Məmmədov olub. O, bu ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.
O vaxtdan bu vəzifə boş qalmışdı.