Rusiyada son bir gündə daha 10028 nəfər koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu məlumatı Rusiyanın Operativ Qərargahı yayıb.

Bildirilib ki, bununla da Rusiyada virusa yoluxanların sayı 242271 nəfərə çatıb: "Ötən gün daha 96 nəfər virusdan ölüb ki, bununla da ölənlərin ümumi sayı 2212 nəfər yüksəlib".