Mayın 12-də Özbəkistanın təşəbbüsü ilə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) ilk dəfə olaraq videokonfrans şəklində iclası keçirilib.
İclasda beynəlxalq məsələlər, o cümlədən MDB çərçivəsində qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər, koronavirus pandemiyası şəraitində iqtisadi əlaqələr, pandemiyaya qarşı birgə mübarizə tədbirləri, habelə MDB məkanında sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə olunub.
Görüş zamanı müxtəlif əməkdaşlıq sahələrinə dair 11 sənəd imzalanıb, gündəliyin hər bir maddəsinə dair müvafiq qərarlar verilib.
İclas iştirakçıları MDB XİNŞ-in növbəti iclasının oktyabr ayında Daşkənd şəhərində keçirilməsi barədə Özbəkistanın təklifini dəstəkləyiblər/Report.