Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.
Mia.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyin istinadla bildirir ki, yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillər üçün fərqli məbləğdə olması nəzərdə tutulub: “Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır. Bununla yanaşı, yoldan istifadəyə görə ödənişin məbləği bu ayın sonunadək müəyyənləşəcək”.