Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi açıqlanıb. 

"Report" Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış 28 iyun - 3 iyul 2021-ci ildə olacaq. 

Qeyd edək ki, B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparacaq. Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.