Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Qeyd edək ki, A.Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru idi. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.