11 may 2020-ci il tarixdə səhər saat 03-04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanıb.
Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilib.
Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dərhal Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilib.
Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilib.