Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mia.az Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb aprelin 28-nə nisbətən 11,3 milyon ABŞ dolları və yaxud təxminən 19,5% artaraq 69,2 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.