Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlər üçün konfrans keçirəcək. MSK-nın media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirin məqsədi seçki prosesini işıqlandıracaq jurnalistlərin hüquqi baxımdan maarifləndirilməsidir.
Konfrans MSK və Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək. Müzakirələrdə əsas diqqət "Jurnalistlər tərəfindən seçki prosesinin müşahidəsi” məsələsinə yönələcək.
Tədbir oktyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.