Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq.
Mia.az xəbər verir ki, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200 - 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək”.