UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı qərar verib.
Mia.az xəbər verir ki, Avropa futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Bu qərar 55 üzv milli assosiasiya ilə bugünkü video-konfransda açıqlanacaq.
Qərara əsasən, ÇL və AL-in matçları pandemiyanın təsiri azaldıqdan sonra qaldığı yerdən davam edəcək.