Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft müharibəsi gərginliyi artmaqda davam edir.

Səudiyyə Ərəbistanının neft hasilatını artıraraq qiymətləri endirmək cəhdi Rusiya iqtisadiyyatına zərbə vurub.

Rusiyanın “Rosneft” şirkəti də Ər-Riyada eyni şəkildə cavab verir və apreldə neft hasilatını artırmağı planlaşdırır:

“Şirkət hər cür ssenariyə hazırdır. “Rosneft” neft hasilatını həftədə gündəlik təxminən 300 min barrel artıra bilər”, - şirkətdə çalışan mənbə bildirib.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi neftin qiymətinin 25-30 dollar arasında dəyişməsinə 6-10 il dözə biləcəklərini açıqlayıb. /Axar.az