Bu gün Azərbaycan Premyer Liqasında "Səbail" və "Zirə" komandaları üz-üzə gəlib.

Mia.az xəbər verir ki, oyunda qonaq komanda - "Zirə" qalib gəlib - 1:3.

Bu qələbə ilə "Zirə" xalını 23-ə çatdıraraq 5-ci pilləyə yüksəlib. 4 turdan sonra uduzan "Səbail" isə 20 xalla 7-ci pillədə qalıb.