Bu gün Azərbaycan Premyer Liqasında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Mia.az xəbər verir ki, Qəbələdə baş tutan oyunda meydan sahibləri böyük hesablı qələbə qazanıblar - 5:0.
"Qəbələ"nin heyətində 34-cü və 89-cu (penalti) dəqiqələrdə Nikolas Raysel, 37-ci dəqiqədə Amin Seydiyev, 52-ci dəqiqədə Rövlan Muradov, 63-cü dəqiqədə isə İviça Juniç fərqlənib.
Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan "Qəbələ" 19-cu xalını qazanıb. 4-cü sıradakı "Sumqayıt"ın isə 23 xalı var.