Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində M.Zülfüqarovun 1 450 manat pulunu və 2 ədəd qol saatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakinləri S.Həsənov, R.Zalıyev və Bakı şəhər sakini A.Əkbərova saxlanılıblar.