Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb. 

Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır/Report.

Faktla bağlı araşdırma aparılır.