AFFA İntizam Komitəsi U-17 Liqasında çıxış edən "Xəzər Lənkəran" komandasının baş məşqçisi Ağadadaş Həmidovu 20 oyunluq cəzalandırıb.
Mia.az AFFA-ya istinadla xəbər verir ki, mütəxəssisin köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
O, qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib və ayaqla zərbə endirib.