Bakıda avtobusda cibgirlik hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də xətt avtobusunda Bakı şəhər sakini M.Tarverdiyevin cibindən 1 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Məmmədov tutulub.