Masallı rayonu ərazisindəki mağazalardan birinin həyətindən inşaat materialları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyayt keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da rayon ərazisindəki mağazalardan birinin həyətindən 4 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini E.İbadov saxlanılıb.