Qubada oğul atasını öldürüb.
Hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.
Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir/APA.