Xaçmaz rayon sakinindən narkotik aşkarlanıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İmişli Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2,8 kq heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.