Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət ləğv olunduğunun elan edib. 

Mia.az bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinə istinadən xəbər verir. 

Məlumata görə, söhbət "Mexanik Təchizat", "Mekanik Saplay" və "Mexanik Supply and Servis" MMC-lərdən gedir. Şirkətlərin hər üçünün kreditorları 2 ay ərzində təbəblərini Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mən 134 ünvanına bildirə bilərlər.

Yeri gəlmişkən, hər üç şirkətin qanuni təmsilçisi isə Orxan Famil oğlu Hacıyevdir.