Mia.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Bayram Hüseynzadə bundan sonra yalnız Təhsil Nazirliyinin "Azərbaycan müəllimi” qəzetinin baş redkatoru vəzifəsini icra edəcək. Mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İctimai televiziyanın sabiq əməkdaşı Cəsarət Valehov təyin edilib.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndən sonra nazirlikdə struktur dəyişikliyi aparılıb və bir çox şöbələr birləşdirilib. Bu islahatlar nəticəsində Ümumi şöbə ilə İctimaiyyətlə əlaqələr şöbəsi birləşdirilərək, informasiya şöbəsi yaradılıb.