Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.
Mia.az xəbər verir ki, milli martın 26-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə də qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.