ABŞ administrasiyası İrana qarşı sanksiyaları bir qədər də sərtləşdirib.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə ABŞ-ın Maliyyə katibi Steven Mnuç açıqlama verib.
O bildirib ki, İranın terrorçu fəaliyyətinə görə, ABŞ bu ölkənin inşaat sektoru, istehsalatı, toxuculuq, mədən, polad və dəmir sənayesinə qarşı da sanksiya tətbiq edib.
Eyni zamanda, İranın 8 yüksək rütbəli məmuru da !qara siyahı"ya salınıb.
Mia.az