"Azad və ədalətli seçkilər uğrunda" Jurnalist-QHT Koalisiyasına rəhbərlik etdiyim üçün tez-tez həmkarlarımla birlikdə müxtəlif bölgələrdə səfərlərdə oluram. Jurnalist olduğumuzu biləndə bəzi insanların si-fətində qəribə ifadə yaranır. Hətta məni və dostlarımı qınayıcı nəzərlərlə süzənlər də olur...
Ќə baş verir? İnsanlar jurnalistlərə niyə güvənmirlər? Üç gün əvvəl Şəkinin Kiş kəndində olanda yaşlı bir müəllimə belə dedi: "Məktəbimizə bir jurnalist gəlmişdi. O qədər kök idi ki, pilləkənlərə sığışmırdı. Qa-dın olduğu üçün özümüz cavabını verib, yola saldıq".
Qərb bölgəsində olanda da "reket jurnalist"lərdən bizə şikayət etmişdilər. Qoca bir kişi belə demişdi: "Bakıdan bir jurnalist gəlmişdi. İcra nümayəndəsini, məktəb direktorunu, bağça müdirini yerində tapmadığı üçün məni dilə tutmağa çalışdı. Onu kənddən qovmaq istəyəndə dedi ki, maşınımın yanacağı qurtarıb, benzin al, gedim".
Azərbaycanın hansı rayonuna, hansı kəndinə ayaq basırıqsa, "reket jurnalist"ləri başımıza qaxanc edirlər. Halbuki bu adamlara qarşı hamıdan çox elə biz özümüz mübarizə aparırıq. Mətbuat Şurasının "qara siyahı"sındakı qəzetlərin sayını yaddaşına qibtə etdiyimiz Rəhim müəllim də unudub. Amma buna bax-mayaraq, "reket jurnalist"lərin sayı yağışdan sonra boy atan göbələk kimi çoxalır. Çünki Azərbaycanda "reket jurnalistikası"nın "çiçəklənməsi" üçün münbit şərait var. Bizim ölkədə "reket jurnalistika" rüşvət-xor məmurlardan qidalanır. Heç bir məmur onu şantaj edən "reket jurnalist"i qapıdan qovmağa cəsarət etmir. Bu üzdəniraq həmkarlarımızdan şikayətlənən adamların əksəriyyəti xirtdəyə kimi zibilin içindədir.
Bəzən müxtəlif məclislərdə ayrı-ayrı idarə və müəssisələrin rəhbərləri ilə qarşılaşıram. Hamı "reket jurnalist"lərdən gileylənir. Dərhal məsləhət görürəm ki, onlardan prokurorluğa şikayət edin. Amma heç kimdən səs çıxmır. Çünki "reket jurnalist" hansısa müəssisəyə getməmişdən əvvəl müəyyən faktlar toplayır. Təəssüf ki, bu faktlar həmin müəssisə rəhbərinin əleyhinə olur. Buna görə də heç bir vəzifəli şəxs "reket jurnalist"ə göz ağarda bilmir. Çünki həmin "jurnalist"in yanında onun gözü kölgəlidir.
"Reket jurnalist"lər əsasən məktəb, xəstəxana və bağçalara üz tuturlar. Onlar yaxşı bilirlər ki, məktəb direktoru və bağça müdiri valideynlərdən, baş həkim isə xəstələrdən rüşvət alır. Buna görə də Əzrayıl kimi sinələrinə çöküb, onlardan "haqq" alırlar. Ќəticədə "reket jurnalistikası" günü-gündən "çiçəklənir". Bu minvalla "reket jurnalistikası"nın kökünü kəsmək mümkün olmayacaq. Bunun üçün gərək məmurlar rüşvət almaqdan və dövlət əmlakını talamaqdan imtina etsinlər.

Rayonlarda olanda ayrı-ayrı məmurların "reket jurnalist"lərdən danışıb, mətbuatı aşağılaması mənə çox toxunur. Valideynin əlinə göz dikən məktəb direktoru ilə icra nümayəndəsindən pul dilənən "reket jur-nalist"in arasında heç bir fərq yoxdur. Yaxşı olar ki, başqasının gözündə çöp axtaranlar əvvəlcə öz gözlərindəki tiri görsünlər...