AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib. 

Bu barədə "Report"a İK-nın üzvü Vafiq Sadıqov məlumat verib. O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb. 

Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb.