Göygöl şəhəri və bir neçə kəndi qazla təchiz edən diametri530mm olan orta təzyiqli qaz xətti qaynaq yerindən qırılıb.

Bu barədə "Azəriqaz”dan Mia.az-a bildirilib ki, buna görə də günorta saatlarından bir qrup abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hazırda təmir işlərinə başlanılıb və yaxın saatlarda bərpa prosesi başa çatdırılacaq.