Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarına start verilib.
Mia.az Türkiyənin "Qalatasaray” klubu bu dəfə doğma meydanda "Brügge” ilə oynayıb.
11-ci dəqiqədə "Aslan"lar hesabı açsalar da, 90-cı dəqiqədə qonaqlar hesaba tarazlıq gətiriblər - 1-1.
Bu qoldan sonra qonaqların 2 oyunçusu meydandan qırmızı kartla qovulub.
Oyun bu hesabla başa çatıb və "Qalatasaray" 2 xalla sonuncu pillədə qalıb.
A qrupunun digər matçında isə Madrid "Real”ı PSJ ilə üz-üzə gələcək.