Bu gün Azərbaycan Premyer Liqasında XII turunda "Zirə" "Keşlə"ni qəbul edib.
Mia.az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb.
Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 35-ci dəqiqədə isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb.
"Keşlə" təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.
İkinci hissədə isə qonaqlar azlıqda qalıb. 59-cu dəqiqədə Sezar Meza Kolli "Zirə"nin futbolçusuna bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.