Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 4-də davam etdiriləcək. Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.
Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13