İyul ayının 22-də Ali Məhkəmədə "Azadlıq”a qarşı qərar qəbul edilib. Qərar "Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası üzrədir.
Xatırladaq ki, K.Məmmədova "Azadlıq” qəzetini ticarət mərkəzində baş verənlərlə bağlı yazısına görə məhkəməyə vermişdi. Yasamal rayon məhkməsi onun iddiasına baxaraq, qəzetin 30 min, məqalə müəllifinin 2 min manat cərimələnməsi haqda qərar qəbul etmişdi. Apellyasiya məhkəməsi də bu qərarı qüvvəsdə saxlamışdı.