Şanxay Əməkdaşlıq Təşkilatı yaradılarkən onun uzunmüddətli və effektli olacağı çoxlarında şübhə do-ğururdu. Təşkilatın yeganə üstünlüyü kimi Avrasiya materiki ərazisinin 60 faizini əhatə etməsi və dünya əhalisinin 25 faizinin qurumdakı ölkələrin vətəndaşları olması göstərilirdi. Əlbəttə, bu, çox böyük amil-dir.
Ancaq Şanxay Əməkdaşlıq Təşkilatı yaradılarkən Çin, hələ dünyanın ikinci böyük iqtisadiyyatına malik öl-kəyə çevrilməmişdi, Rusiya isə yarımcan vəziyyətdə idi. Quruma daxil olan Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın isə hansısa qlobal və regional prosesə ciddi təsiri yox idi.
Bundan başqa, yeni təşkilatın üzvləri arasında ziddiyyətlərin mövcudluğu, xüsusilə Çinin "dinc ekspansi-yası"ndan çəkinən Rusiya və Qazaxıstanın bu qurumda uzun müddət iştirak edəcəyi ilə bağlı ciddi şüb-hələr var idi. Buna görə də əksər ekspertlər Şanxay Əməkdaşlıq Təşkilatının yeni Şərq Blokuna çevrilə-cəyinə inanmır, bu qurumun tezliklə dağılacağını proqnozlaşdırırdılar.
Lakin ötən illər göstərdi ki, Şərq Blokunun aparıcı ölkələri olan Çin ilə Rusiya arasında ziddiyyət və ya rə-qabət ümumi rəqib - ABŞ qarşısında duyduqları təhlükədən daha güclü deyil. Əksinə, Moskva və Pekin-də belə düşünürlər ki, yalnız birlikdə ABŞ-ın onları məhv etmək planlarına qarşı dura bilərlər. Məhz bu amil də Şanxay Əməkdaşlıq Təşkilatını dağılmaqdan qorudu. ABŞ-ın bu istiqamətdəki diplomatik gediş-ləri Pekin və Moskvanın təmkinli davranışları nəticəsində reallaşmadı. Hətta Pekin 2009-cu ildə Vaşinq-tonun "dünyanı öz aralarında iki yerə bölmək" təklifindən də məhz Rusiya ilə münasibətləri daha üstün hesab etdiyi üçün imtina etmişdi.
Şanxay Əməkdaşlıq Təşkilatının yaranmasından ötən 12 il ərzində Çin iqtisadi gücünü ildən-ilə artıraraq, dünyanın ikinci böyük iqtisadiyyatına malik ölkəyə çevrilib. Rusiya isə artıq əsrin əvvəllərindəki zəif ölkə deyil. Ќeft və qaz pullarının fantastik dərəcədə artması Rusiyanı Qərbin maliyyə fondlarından asılılıqdan xilas edib.
Eyni fikirləri Qazaxıstan və qismən Özbəkistan haqqında da qeyd etmək mümkündür. Çin bu ölkələrin istehsal etdiyi bütün məhsulları - enerji daşıyıcılardan tutmuş pambığa qədər hamısını - almaqla onların Qərblə mümkün iqtisadi yaxınlaşmasının qarşısını alıb. Hətta Qərb uşaq əməyinin istismarını bəhanə edərək Özbəkistandan pambıq almaqdan imtina edəcəyini bildirəndə, Çin Şanxay Əməkdaşlıq Təşkila-tındakı bu müttəfiqinin bütün istehsalını almaqla, ona qarşı iqtisadi təzyiqlərin qarşısına sipər çəkmişdi. Bundan başqa, Çin, Rusiya başda olmaqla, qurumun bütün ölkələrinin iqtisadiyyatına milyardlarla sər-mayə qoymaq və onları ucuz kreditlə təmin etməklə Qərbin bu təsir mexanizminin qarşısını effektli şə-kildə alır. Buna görə də ötən 12 ildə Vaşinqtonun Şanxay Əməkdaşlıq Təşkilatını dağıtmaq istiqamətin-dəki diplomatik addımları nəticəsiz qalıb və bu qurum yeni Şərq Blokuna çevrilmək həddinə çatıb.
ABŞ üçün təhlükəli birlik yaranır
Çinə həsr olunmuş ötən yazılarımızın birində qeyd etmişdik ki, bu ölkə uzun illər ABŞ-ın ən yaxın müttə-fiqlərindən biri hesab olunan Pakistanla münasibətlərini çox dərinləşdirib və Pekin bu ölkəni Vaşinqto-nun təsir dairəsindən çıxarmaq üzrədir. Bu proqnoz artıq özünü doğrultmaqdadır.
Belə ki, Pakistanın Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olmaq istədiyi məlumdur. Bu bara-də Şanxay Əməkdaşlıq Təşkilatının Xarici işlər nazirlərinin Qırğızıstanın kurort şəhəri olan Çulpan-Atada keçirilmiş görüşdə məlumat verilib.
Vaşinqtondakı siyasətçilərin yuxusunu qaçıran isə həm də Pakistanla yanaşı Hindistan və İranın da Şan-xay Əməkdaşlıq Təşkilatına daxil olmaq istəkləridir. Bu ölkələr də əvvəllər Pakistan kimi bu qurumda müşahidəçi statusunda təmsil olunurdular, indi isə tamhüquqlu üzvü olmaq fikrindədirlər. Təşkilatın Xa-rici işlər nazirləri də bəyan ediblər ki, bu ölkələrin təşkilatın tamhüquqlu üzvü olmasında heç bir prob-lem yoxdur. Müşahidəçilər bu ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sentyabrın 13-də keçiriləcək sammitində yekun qərarın qəbuluna şübhə etmirlər. Xüsusilə Pakistan və İranın tezliklə təşkilatın tamhüquqlu üzvü olacağına şübhə yoxdur.
Pakistanda anti-ABŞ əhval-ruhiyəsi günü-gündən artır, İran yalnız Rusiya və Çinin dəstəyi sayəsində Qərbin sərt təzyiqləri qarşısında davam gətirə bilir. Buna görə də, İranın Rusiya və Çinlə bir yerdə olmaq niyyəti başadüşüləndir. Bu iki böyük müsəlman dövlətinin Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması isə regionda və dünyada yeni siyasi vəziyyətin yaranmasına səbəb olacaq. Əgər Hindistanın da bu təşki-lata üzvülüyü reallaşsa, bu, Şanxay Əməkdaşlıq Təşkilatının dünya əhalisinin təxminən yarısını özündə birləşdirməsi anlamına gələcək. Bu, həm də dünya əhalisinin yarısının ABŞ-ın Şərqdəki təsirini aradan qaldırmaq üçün yaradılmış təşkilatda birləşməsi demək olardı.
Hələlik iqtisadi əməkdaşlıq təşkilatı kimi fəaliyyət göstərən Şanxay Əməkdaşlıq Təşkilatının qarşıdakı il-lərdə siyasi və hərbi məzmun da kəsb edəcəyinə şübhə yoxdur. Bunu Pakistan və İranın quruma müm-kün üzvülüyünü şərh edən təşkilatın sabiq baş katibi Muradbəy İmanəliyevin sözlərindən də baş düş-mək mümkündür.
Keçmiş baş katib bildirib ki, Əfqanistandan gələn təhlükə bu ölkələrin qurumda üzvülüyünü diqtə edir və onların iştirakı olmadan bu problemin həlli mümkün deyil. Əgər bu təşkilatın yaranmasının əsasını məhz hərbi sahədə etimad haqqında 1996-1997-ci illərdə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikis-tan arasında imzalanmış müqavilənin təşkil etdiyini nəzərə alsaq, Şanxay Əməkdaşlıq Təşkilatının yaxın illərdə siyasi və hərbi əhəmiyyət də kəsb edəcəyi istisna deyil. Bu isə ABŞ-ın dünaya liderliyinin sona çatmasına gətirib çıxara bilər.
Gələcəkdə Türkiyənin də Şanxay Əməkdaşlıq Təşkilatına üzvülüyü istisna edilmir. Bir müddət öncə belə bir perspektiv haqqında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da fikir səsləndirmişdi. Müasir Tür-kiyənin lideri bəyan etmişdi ki, onun ölkəsi Avropa Birliyinə qəbul olunmasa, o zaman Şanxay Əmək-daşlıq Təşkilatına qoşula bilərlər. Bu isə yeni dünya düzəninin yaranmasına səbəb olardı.
Asiya Avrasiyanı da ələ keçirə bilər
Çinin iqtisadi strategiyasını dəyişməsi, Rusiyanın yenidən keçmiş nüfuz dairəsini bərpa etməyə çalışması Pekin və Moskvanın Asiya qitəsi ilə kifayətlənməyəcəyindən xəbər verir. Çinin Belarusa marağının art-ması, bu ölkədə sənaye sahələri yaratmağa başlaması da bunun göstəricisi sayıla bilər.
İqtisadiyyatını inkişaf etdirmək üçün böyük sərmayayə ehtiyacı olan Ukraynanın da üzünü Qərbdən Şərqə çevirəcəyi istisna edilmir. Xüsusilə də Avropa Birliyi yaxın illərdə iqtisadi çətinliklərini aradan qaldı-ra bilməsə və onu təhdid edən iqtisadi böhrana yaxalansa, bu, Şərq Blokunun Qərbə sıçrayışına imkan yaradacaq. Əgər Avropa Birliyi onu gözləyən iqtisadi böhrandan yayına bilməsə, bu ittifaqın dağılması və yaxud da bəzi dövlətlərin onun sıralarını tərk etməsi qaçılmaz olacaq. İqtisadi böhranla üzləşən və Avropa Birliyi ilə bağlı ümidlərinin puç olduğunu görən ölkələrin yeganə qurtuluş yolu isə Şərqə üz tut-maqdır. Bu da çox böyük maliyyə resurslarına malik Çin və Rusiyanın bu ölkələri öz təsir dairəsinə sal-masına imkan verə bilər. Əgər yaxın on ildə Çin iqtisadi inkişaf dinamikasını saxlasa və Avropa ölkələri iqtisadi böhranın ikinci dalğasına yaxalansa, Asiyanın Avrasiyanı ələ keçirməsinə şərait yaranacaq.
Hətta bir çox ekspertlər Qərbin maddi qaynaqlarının tükənmək üzrə olduğunu da vurğulayaraq, Şərqin dünya siyasətindəki rolunun getdikcə artacağını proqnozlaşdırırlar. Bu gün Qərbin Şərqdən yeganə üs-tünlüyü onun texnologiyası ilə bağlıdır. Amma yaxın illərdə bu üstünlük də aradan qalxa bilər. Çünki son illər Şərqin elm mərkəzləri sürətlə inkişaf edir və Qərbin elm mərkəzləri ilə rəqabət aparmaq imkanı qa-zanır. Elmin texnologiyada tətbiqi sahəsində də uğurlar baş verməkdədir. Çinin artıq bu sahədə Qərb ölkələri ilə rəqabət apara biləcək hala gəlməsi də bundan xəbər verir.
Dünyanın siyasi düzənində yeni vəziyyətin yaranmasına gətirib çıxaracaq bu proses Azərbaycanın yer-ləşdiyi bölgəyə də öz təsirini göstərəcək. Avropaya inteqrasiya yolunu tutmuş qonşularımız - Türkiyə və Gürcüstanın son zamanlar Qərblə yaxınlaşma prosesini zəiflətməsi də bununla bağlıdır. Artıq Türkiyə Avropa Birliyinin onun üçün əvvəlki kimi cəlbedici olmadığını gözəl anlayır. İqtisadiyyatını sürətlə inkişaf etdirən Türkiyəni daha 300 milyonluq bazara sahib olan Avropa Birliyi deyil, hazırda dünya əhalisinin 25 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı cəlb edir. Türkiyə böyük bazarlara can atır və həmin ba-zarların Qərbdə deyil, Şərqdə olduğunu anlayır.
Gürcüstan isə onillik Qərbyönümlü siyasətinin sonunda xəyal qırıqlığına uğrayıb. Rusiya ilə düşmənçilik hesabına yürüdülən bu siyasət rəsmi Tiflisin gözləntilərinə cavab vermədi. Onillik inadlı siyasətin sonun-da Gürcüstan Avroatlantik strukturlara inteqrasiya oluna bilmədiyi kimi, iqtisadiyyatının inkişafı üçün də sərmayələr əldə etməyi bacarmadı. Gürcüstanda artıq başa düşürlər ki, yalnış inadkar Qərbpərəst siya-sətin sonunda Avropa və ABŞ-dan bunun əvəzində gəlişigözəl sözlərdən başqa heç nə ala bilməyiblər. Əvəzində isə Rusiya bazarlarını və varlı rus turistlərini itiriblər. Gürcüstanın və Türkiyənin artıq getmədi-yi bu yolu Azərbaycanın getməsinə təkid edənlər isə, deyəsən, bu iki qonşumuzun başına gələnlərdən nəticə çıxarmayıblar.