Suriyada iki ildən artıqdır davam edən və 100 mindən çox insanın həyatına son qoyan qanlı qətliamı, de-yəsən, yaxın aylarda da dayandırmaq mümkün olmayacaq. "Böyük səkkizlik" ölkələrinin təxminən bir ay əvvəl Şimali İrlandiyada reallaşan sammitində Suriya ilə bağlı beynəlxalq konfransın keçiriləcəyi və ABŞ-la Rusiya arasında əldə olunmuş razılıq nəticəsində qanlı qətliamın dayandırılacağına müəyyən ümidlər yaransa da, artıq bu ümidlər də ölmək üzrədir. Son məlumatlara görə, Rusiya ilə ABŞ konfransın hansı tarixdə keçirilməsi ilə bağlı razılığa gələ bilməyiblər.

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Braximinin də iştirak etdiyi Rusiya Xarici işlər nazirinin müavinləri Gennadi Qatilov və Mixail Boqdanov ilə ABŞ Dövlət katibinin müavini Vendi Şerman arasında danışıqlarda tərəflər ümumi razılığa gəlməyiblər. Diplomatlar, tərəflər arasında bir neçə məsə-lə ilə bağlı fikir ayrılığının olduğunu qeyd etsələr də, əsas fikir ayrılığı konfrans iştirakçılarının tərkibi ilə bağlı olub. ABŞ İranın bu konfransda iştirakının əleyinə çıxır, Rusiyanın da bu tədbirdə görmək istəmədi-yi ölkələr var. Bundan başqa, Moskva Suriya müxalifəti adına iddia edən bəzi qüvvələri terrorçu qrup-laşmalar sayır və onların təmsilçilərinin də konfransa qatılmasının əleyhinədir.
Təbii ki, tərəflər arasındakı əsas fikir ayrılığı beynəlxalq konfransın hansı qərarı verəcəyi ilə bağlıdır. Mə-lumdur ki, bir qayda olaraq, belə tədbirlərin nəticəsi əvvəlcədən böyük dövlətlər arasında razılaşdırılır. Amma belə görünür ki, Rusiya ilə ABŞ, öz aralarında Suriyanın gələcəyi ilə bağlı ümumi razılığa gələ bil-mirlər. Rusiya Suriyada Bəşər Əsədi legitim dövlət başçısı sayır və növbəti prezident seçkilərinə kimi onun hakimiyyətdə qalmasına təkid edir, ABŞ isə Əsədin legitimliyini tanımaq istəmir. ABŞ Suriya müxa-lifətini demokratiya uğrunda mübarizə aparan qüvvələr kimi təqdim edir, Rusiya isə onları məzhəb sa-vaşı aparan və hakimiyyəti ələ keçirmək niyyətində olan terrorçu qruplaşma sayır.
Son günlər Rusiya Suriya müxalifətini Hələbdə kimyəvi silahdan istifadə də ittiham edir, ABŞ isə Moskvanın bu ittihamlarını şübhə altına alaraq kimyəvi silahı Bəşər Əsəd tərəfdarlarının istifadə edə biləcəyi-nə işarə vurur.
Tərəflər arasında fikir ayrılığının davam etdiyi bir zamanda, beynəlxalq ictimaiyyət arasında Rusiyanın mövqeyi daha da güclənir. Artıq ABŞ Konqressi də Suriya müxalifətinin yekcins olmadığını və terrorçu qruplaşmaların mövcudluğunu etiraf edib. Konqressin hər iki palatasının kəşfiyyat üzrə komitələri prezi-dent Barak Obamanın Suriya müxalifətinə silah yardımı göstərilməsi qərarının qarşısını da alıblar. ABŞ qanunvericiləri həmin silahların terrorçuların əlinə düşəcəyindən ehtiyatlanırlar.
Avropanın bir çox siyasi liderləri də Suriya müxalifətinin tərkibində terrorçuların olduğunu qəbul edir və bunu ümumi təhlükəsizlik üçün problem sayırlar. Buna görə də Suriya müxalifətinə yardım göstərmək istəyənlərin sayı azalır. Bu isə Suriyanı bir dövlət kimi məhvolma həddinə gətirmiş vətəndaş müharibə-sində müxalifətin tezliklə qalib gələcəyinə olan ümidləri azaldır. Belə görünür ki, Suriyada qanlı qırğınlar hələ bir müddət də davam edəcək. Hətta bu qanlı qırğınların başlamasının üçüncü ilinin tamamlanacağı-nı ehtimal edənlər də var.

Suriya müxalifəti Qərbi niyə qorxudur?

Qərbdə Suriya müxalifəti ilə bağlı narahatlıqlar artır. Bunun səbəbi isə, Suriya müxalifətinin sıralarında Bəşər Əsəd rejiminə qarşı döyüşənlərin ən azı 10 faizinin Avropa Birliyi ölkələrinin vətəndaşlarının ol-masıdır. Hətta Fransanın Daxili işlər naziri Manuel Vallsın bəyan edib ki, Suriya müxalifətinin sırasında ən azı 600 nəfər avropalı döyüşür. Onlardan da təxminən 160 nəfəri Fransanı "təmsil" edir ki, Daxili işlər na-ziri də bundan narahatdır. Fransalı nazir peşəkar və fanat döyüşçülərə çevrilən bu şəxslərin Suriyada müharibə bitdikdən sonra yenidən Avropaya qayıdacağından qorxur.
Suriyada döyüşən avropalıların yaxın illərdə Avropa üçün ciddi problemə çevriləcəyini düşünən yalnız fransalı nazir deyil. Avropa ölkələrinin təhlükəsizlik və polis orqanları Suriyaya gedənlərin qarşısını kəs-məyə çalışır. Elə bu məqsədlə də Avropa ölkələrində tez-tez təhlükəsizlik əməliyyatları keçirilir. Lakin bununla da Bəşər Əsədə qarşı döyüşmək istəyən radikal dinçilərin qarşısını almaq mümkün olmur. Qərb xüsusi xidmət orqanları isə belə şəxsləri Suriya sərhədi yaxınlığında olsa da, dayandırmağa çalışır. Bu şəxslər Suriyaya daxil olduqdan sonra da Qərb kəşfiyyatı onları izləməkdə davam edir. Bu məsələdə Qərb kəşfiyyatına ən böyük dəstəyi Türkiyənin xüsusi xidmət orqanlarının verdiyi bildirilir. Bu məsələdə ABŞ, Avropa və Türkiyə kəşfiyyatı birgə hərəkət edir. Avropada isə, həmin döyüşçüləri geri döndükdən cinayət məsuliyyətinə cəlb etmək üçün qanunvericiliyə əlavələr olunur. Lakin bütün bunlar hələlik lazı-mi nəticə vermir və bu gün Suriya müxalifətinin sıralarında 28 ölkədən radikal dinçilər döyüşür. Onların cəmi 10 faizini Avropa ölkələrindən olanlar təşkil etsə də, avropalı məmurlar bu rəqəmin də təhlükəli olduğunu düşünürlər. Onları narahat əsas məqamlardan biri də bu şəxslərin faktiki olaraq "Əl-Qaidə"-nin sıralarına düşməsidir. Avrpopada təhlükəsizlik xidmətlərinin əməkdaşları fikirləşirlər ki, Suriyadakı müharibə nəticəsində "Əl-Qaidə"yə qoşulan avropalıların sayı bu təşkilatın bütün tarixi boyu öz sıraları-na cəlb edə bildiyinin ümumi sayından çoxdur. Amansız qətllər törətməyə vərdiş etmiş bu şəxslərin Suriyadakı müharibə bitdikdən sonra geriyə dönəcəyi artıq Avropada və Qərb ölkələrində böyük narahat-lıq yaradıb. Orada hesab edirlər ki, bu gün Suriya müxalifətinə verilən silah tezliklə Avropanın və Qərb ölkələrinin şəhərlərini qana boyaya bilər.
Rusiya da Suriya müxalifətinin sıralarında öz vətəndaşlarının olmasından narahatlıq keçirir. Bu gün Suri-ya müxalifətinin sırasında Şimali Qafqazın bütün respublikalarının vətəndaşına rast gəlmək mümkün ol-sa da, burada çeçenlərin üstünlük təşkil etdiyi də məlumdur. Rusiya rəsmiləri Suriyada döyüşən vətən-daşları geri qayıtdıqdan sonra Şimali Qafqazdakı kövrək stabilliyin pozulacağına səbəb ola biləcəyindən ehtiyat edirlər. Azərbaycan da bu məsələdə həcsas davranmalı olan ölkələrdəndir.

Əsəd rejiminin xeyrinə daha iki hadisə

"Müsəlman qardaşları" təşkilatının təmsilçisi, Misir prezidenti Muhamməd Mursinin hərbi çevriliş nəti-cəsində hakimiyyətdən kənarlaşdırılması Suriya diktatoru Bəşər Əsədin xeyrinə işləyə bilər.
Məlumdur ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı xalq etirazlarını da "Müsəlman qardaşları" başlatmış-dı. Misirdə Muhamməd Mursinin hakimiyyətdən kənarlaşdırılması, "Müsəlman qardaşları"na qarşı sərt repressiyaların başlaması Suriya müxalifətinin aparıcı qanadı olan "Müsəlman qardaşları"nın mövqeyini zəiflədəcək.
Xatırladaq ki, M.Mursi hakimiyyətdən devrilməzdən əvvəl Suriya ilə diplomatik əlaqələri kəsmişdi. M.-Mursinin hakimiyyətdən devrilməsi B.Əsədin ən güclü əleyhdarlarından birinin zərərsizləşdirilməsi de-məkdir və bu, heç şübhəsiz ki, Suriyadakı proseslərə öz təsrini göstərəcək.
B.Əsəd rejiminin xeyrinə sayıla biləcək ikinci hadisə Türkiyədə Baş nazir Rəcəb Tayyib Ərdoğanın əley-hinə başladılmış etirazlardır. Bu etiraz hərəkatının başlanmasına hansı hadisənin səbəb göstərilməsin-dən asılı olmayaraq, bu, Baş nazirin mövqeyinin zəiflədilməsinə yönəldilib. Ərdoğanın mövqeyinin zəif-ləməsi və yaxud onun da hakimiyyətdən kənarlaşdırılması Bəşər Əsədin ən qatı tənqidçilərindən birinin zərərsizləşdirilməsi demək olardı.
Məlumdur ki, Türkiyə müxalifəti Suriya məsələsində Baş nazirdən tamamilə fərqli mövqeyə malikdir. Ona görə də Türkiyədə iqtidar dəyişikliyi B.Əsəd üçün "nəfəslik" rolunu oynaya bilər. Ancaq, hətta iqti-dar dəyişikliyi olmadan belə, Türkiyədə hakimiyyət əleyhinə etirazların başlaması rəsmi Ankaranın xarici siyasətdə aktivliyini azaldır. Ankara, xüsusilə də, böyük dövlətlərin ciddi maraqlarının olduğu Suriya kimi bir ölkəyə yönəlik müstəqil siyasət yürütmək imkanlarını itirir. Ankaranın Suriya siyasətinin zəifləməsi isə Bəşər Əsədə əsas silahlı müxalif güc olan Azad Suriya Ordusu üzərində üstünlük qazanmağa imkan verəcək. Xatırladaq ki, Suriya müxalifəti içərisində ən güclü silahlı birləşməyə malik olan bu təşkilatın mərkəzi qərargahı Türkiyə ərazisində yerləşir və bu da Azad Suriya Ordusunun Ankaraya nə qədər bağlı olduğunu göstərir.
Misirdəki hakimiyyət çevrilişi və Türkiyədə iqtidar əleyhinə başlayan etirazlar Suriyadakı rejimin mövqe-lərinin güclənməsinə səbəb olacaq. Bu hal həm də Suriya diktatoru ilə bağlı qəti qərar verməkdə tərəd-düd edən və öz ölkəsində güclü müqavimətlə üzləşən ABŞ prezidenti Barak Obamanın "əl-qolunu" bağlaya bilər. Buna görə də ABŞ-ın Suriya məsələsində Rusiyaya güzəştə getməsi ehtimalı artır. Belə görü-nür ki, Bəşər Əsəd həqiqətən də 2014-cü ilə kimi hakimiyyətdə qala və sonra onu komandasının üzvü-lərindən birinə ötürə bilər. Bu isə, heç şübhəsiz ki, Yaxın Şərqdəki demokratikləşmə prosesinə çox mənfi təsir göstərəcək. Suriyada rejim dəyişikliyi tələbi ilə başladılan etiraz hərəkatının 100 mindən çox insanın həyatına son qoyması isə, belə görünür ki, dünyanın siyasi liderləri üçün adi statistikadan başqa bir şey deyil.