Fəxrəddin MEHDİYEV
***
Ukraynada keçirilmiş 21 iyul parlament seçkisində Vladimir Zelensikinin"Xalqın xidmətçisi” partiyası seçkinin ilkin nəticələrinə görə səslərin 42% -ni əldə edərək radikallara, millətçilərə, uzun müddət siyasi fəaliyyətinə görə ictimai rəydə söz sahibi olan YuliaTimoşenkonun partiyasına, keçmiş prezident Poroşenkonun rəhbərlik etdiyi partiyaya böyük üstünlüklə qalib gəldi.
Mərkəzi Seçki Komissiyası 5 avqusta qədər sonuncu nəticələri elan edəcək. Lakin ilkin nəticələrə görə artıq məlumdur ki, Vladimir Zeleniskinin partiyasi seçkilərin tam qalibidir və Ali Radada çoxluğa malik olacaq.
Zelenskinin prezident seçkilərində böyük inzibati, maliyyə resurslarına malik olan Poroşenkoya qalib gəlməsi kimi parlament seçkiləri yeni və maraqlı hadisə oldu. Nə baş verdi?! Hesab etmək olar ki, ümumiyyətlə, siyasi fəaliyyətlə məşğul olmayan və yalnız prezident seçkisinə bir il qalmış namizədliyini irəli sürəcəyini bildirən Vladimir Zelenskinin böyük inzibati və maliyyə resurslarına malik olan prezidentə qalib gəlməsi və sonra rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qətiyyətli qələbəsi siyasi proseslərdə yaranmaqda olan aparıcı tendensiyaların işartılarıdır.
Görkəmli alim Tomas Kun elmə paradiqmalar anlayışını gətirdi. Paradiqma elə norma və qaydaların məcmusudur ki, iki funksiyanı yerinə yetirir: birincisi, sərhədləri müəyyən edir, ikincisi, sərhədlər daxilində uğur fəaliyyətini müəyyənləşdirir. Bu baxımından, hər bir oyun da bir paradiqmadır. Paradiqmanı dəyişmək yeni qaydalara keçməni nəzərdə tutur. Yeni paradiqmanın yaranmasına isə həll olunmamış problemlər səbəb olur.
Vladimir Zelenskinin qısa müddətdəparlaması və siyasi uğurlar qazanması səbəblərini öz fəaliyyətini qloballaşmanın siyasi paradiqmalarına uyğun qurmasındadır:
1. İndiyə qədərki siyasi qüvvələr xalqı, cəmiyyəti idarə etmək proqramlarındançıxış edirdilər. Zelenskiy isə xalqa xidmət etmək proqramı ilə çıxış etdi vəpartiyasını da xalqın xidmətçisi adlandırdı. Partiyasının platformasında ənənəvi siyasi ideologiya yoxdur. Lakin böyük ideya var: xalqa xidmət etmək. O, bunu prezident seçkilərində və parlament seçiklərindəki çıxışlarında qısa tezislərlə xalqa çatdırdı. "... Bizim əsas vəzifəmiz sülhü təmin etmək və korrupsiyanı aradan qaldırmaqdır.
... Mən bütün planetdə yaşayan ukraynalılara müraciət edirəm: siz bizə çox lazımsız, biz vahid olmalıyıq, yalnız o zaman biz güclü olarıq. Mümkündür ki, bu, bizim milli ideyadır: birləşmək və mümkün olmayanı etmək.
...Biz futbolda islandliyalılar kimi, doğma torpaqlarımızın müdafiəsində yəhudilir kimi, texnologiyalarda yaponlar kimi, istənilən fikir müxtəlifliyinə baxmayaraq bir – birimizlə xoşbəxt yaşamaq bacarığında isveçlilər kimi olmalıyıq.
...Biz bərabər imkanlar ölkəsi qurmalıyıq, harda ki, hamı qanun qarşısında bərabərdir və harda ki, hamı üçün vicdanlı və təmiz oyun qaydaları mövcuddur.
... Mən çox istəyirəm ki, məmurların otaqlarında mənim şəkillərim olmasın, prezident İkona deyil, prezident portret deyil, otaqlarınıza öz uşaqlarınızınşəkilərin asın və hər bir qərar qəbul edərkən onların gözlərinə baxın....
Növbəti beş ildə mən hər şeyi edəcəyəmki, sizlər ağlamayasınız” və s. həmin tezislərdəki ifadələr yeni siyasi paradiqmanın işartılarıdır.
2. Qloballaşmanın yeni paradiqmalarından biri də siyasətin peşəkarlıqdan çıxaraq kütləviləşməsi və hər bir vətəndaşın siyasətçi olmaq imkanlarının yaranmasıdır. Bu imkanları onlara internet yaradır. Siyasi fəaliyyət siyasi proseslərə aid informasiyalara malik olmaq və ondan istifadə etməkdir. Bu sahədə informasiya monopoliyası peşəkar siyasətçiləri yaradırdı. İndi isə internet informasiya monopoliyasını dağıdır və siyasi proseslərə aid bütün informasiyaları vətəndaşlar üçün açıq edir.
Ukrayna parlamentində adi fotoqrafın milyonçu şəxsə qalib gəlməsi siyasi fəaliyyətdə hər bir vətəndaşın uğur qazanmağının mümkünlüyünün nümunəsidir.
3. Qlobollaşmada və informasiya cəmiyyətində nümayəndəli demokratiyadan bilavasitə demokratiyaya keçid surətlənir. Referendumların rolu artır. Bunu da internet edir. Qanun yaradıcılığında vətəndaşlar referendum yolu ilə internet vasitəsi ilə bilavasitə iştirak edəcəklər. Buda yeni siyasi paradiqmanın tərkib hissəsidir.
Və nəhayət siyasi praqmatizmi və realızmı ehtiva edən makiavellizm siyasi fəaliyyətdəməqsədə çatmaq üçün hər vasitəni məqbul saydığından, xalqın gözündə nüfuzdan düşür. Və onun yerinə siyasi romantızm gəlir. Siyasi romantizm dünyanı dəyişmək üçün qaydaları dəyişir. Əlbəttə, siyasi realizmlə mübarizəsi çətin və ağrılı olacaq. Çünki siyasi fəaliyyət siyasətçilər üçün daimi divident gətirən investisiya aktividir.
Siyasi realistlər üçün əbədi dost və əbədi düşmən yoxdur, əbədi maraqlar var. Siyasi romantizm üçün isə maraqlar deyil, dəyərlər və prinsiplər var.
Qlobaşma siyasi romantiklərə meydan verəcək, çünki qlobal problemləri yalnız siyasi romantiklər yeni siyasi paradiqmaların köməyi ilə həll edə bilər.
Uğurlar diləyək!.
Mia.az