Saleh Məmmədov, 

Sabiq Maliyyə naziri

****

"Kiss” (Öpüş) vaqonlar komplekti ətrafında son günlərdə mətbuatda gedən söhbətlər məni də naraht etdi və buna görə də bu qeyri-ciddi anlaşılmazlığa aydınlıq gətirmək istədim. 

Mənim maliyyə naziri işlədiyim vaxtdan İsveçrə ilə sıx əməkdaşlığımız var idi. Biz BVF üzrə bir qrupda idik, qrupun rəhbərliyi İsveçrəyə həvalə olunmuşdu. 

Digər tərəfdən İsveçrə böyük maliyyə resurslarına və modern maşınqayırma müəssisələrinə sahib idi və biz milli iqtisadiyyatın yenilənməsi, o cümlədən dəmir yolunun maddi texniki bazasının yenilənməsi üçün şirkətlərlə, banklarla, o cümlədən Stadlerlə xeyli görüşlərimiz olmuşdu, hətta o vaxt bir neçə istiqamətdə sürətli dəmir yollarının çəkilişi və yeni avadanlıqlarla təminat üçün (investisiya ilə birlikdə) ilkin razılıq da əldə edilmişdi. 

Sonralar müharibə, daxili qarışıqlıq işi ləngitmiş, proses yalnız dəmir yolunun rəhbərliyi dəyişdirildikdən sonra (2015-ci il) yenidən start götürmüş və müvəffəqiyyətlə yerinə yetirilir. Bu qısa zaman ərzində tranzit ölkə kimi Azərbaycanda bütün istiqamətlərdə xarici qonşularla dəmir yol keçidi yaradılmışdı, ən müasir texnologiya ilə dəmir yolunun maddi texniki bazası gücləndirilmiş, dmək olar ki, bütün modullar üzrə e-idrəçilik sistemi qurulmuş və/və ya qurulmaq üzrədir, plan üzrə Rəqəmsəl dəmir yolunun qurulması işi başa çatmaq üzrədir (yeganə qurumdur ki, e-hökümətə keçid prezidentin qarşıya qoyduğu müddətdən əvvəl yerinə yetirilmişdir). Süni intelektin dəmir yoluna tətbiqi üzrə çalışmalar davam edir. 

Belə olan halda ayrı-ayrı əhali qrupu və ya müxalifət tərəfindən hər kəsə eyni mənfi emossiya ilə yaxınlaşmaq və bütün hökümət bölmələrinin mənfi hisslərlə qiymətləndirilməsi heç bir cəmiyyət üzvünə müsbət bir şey gətirə bilməz.

Mənim hörmət etdiyim tələbələrimin də bu işdə fərqli mövqe tutması daha mənfi çalarlarla izlənilir. Hökümətdə müxtəlif insanlar çalışır, hər birinin özünəməxsus xarakteri var, cəmiyyəti irəliyə doğru inkişafa yeniliyə, modernmizə çəkən təmiz insanların qiymətini verə bilməsək, heç vaxt inkişafa nail ola bilmərik. 

"Kiss” vaqonlar komplekti ilə əlaqədar söhbətə nəzər salaq. 

Dərhal rəqəmi görən kimi tənqid yağdırmaq hər hansı yazara düzgün nəticə verə bilməz. İndi virtual dünya, beynəlxalq qanunlar o dərəcədə inkişaf etmişdir ki, oturduğun yerdə hər şeyə aydınlıq gətirmək olar. 

Əvvəla, Kİss vaqonlar komplektinin xarakteristikasını Stadlerin saytına daxil olub araşdırmaq olardı, bu zaman görəcəydiniz ki, bu vaqon deyil, demək olar ki, 8 vaqonu özündə cəmləşdirən qatardı, həm də ikimərtəbəlidi. Üstəlik, Azərbaycanın yollarını nəzərə alaraq hazırlanırsa, daha çox məsrəf gedəcək, deməli, əslində Avropa ölkələrinə nisbətən daha baha başa gələcək. 

İkinci, websaytlara daxil olaraq Rusiyanın Moskva-aeroportu üçün aldığı kompleksin qiymətini, İsveçrə, Almaniya, Fransa dəmir yollarının bu kompleksi aldığı qiyməti, lap bir həftə bundan əvvəl Stadlerin DB Regio ilə bağladığı 220 milyon avroluq müqaviləni araşdırmaq olardı ki, belə yanlış informasiyaya yol verilməsin. 

8 vaqonluq bir modern-smart kompleksi 12 metrəlik vaqonla müqayisə etmək olmaz. Bu Kiss kompleksinin yalnız İT soft təminatı bir milyon dollardan çoxdur. 

Araşdırmalar göstərir ki, Azərbaycan dəmir yollarının aldığı qiymət ən uyğun qiymətdir. 

Üçüncü tərəfdən, beynəlxalq qanunları və konvensiyaları bu formada inkar etməyə heç bir Avropa şirkəti risk etməz, nə də filialın yerləşdiyi Belarus. 3 milyonluq bir maşını 15 milyona satıb bölüşmək o şirkətin sonu demək olardı və ya ümumiyyətlə, mümkün deyil. Yalnız bu amil yetərli olmalıydı ki, belə bir publikasiyaya yol verilməsin. Əksəriyyət hallarda belə gobud informasiya səhvi bumeranqa çevrilir, müəllifə yaxşı bir şey vəd etmir, əksinə hədəfə tam bəraət verir. 

Mən milli azadlıq hərəkatının ilk illərində amerikalıların bir seminarında alimlərlə görüş zamanı ciddı bir irad aldım: Mən isbat etməyə çalışırdım ki, Azərbaycanın gəlirlərinin 30-40%-i Moskva tərəfindən alınır. Amerikalı alim bizim milli hərəkatın radikal qanadından birinin bu rəqəmin 93% elan etdiyini xatırlatdı və mənim rəqəmimin də ona bənzər olması mümkünlüyünü soruşdu. 

Cavabım bu oldu ki, onu deyən iqtisadçı deyil. O dedi ki, bunun üçün iqtisadçı olmaq lazım deyil ki, hər kəs bilir ki, hətta qul quldur ki, əməyini bərpa etmək üçün yaratdığının 20-25%-ni mənimsəməlidir. 

Doğrudan da bu cür informasiyalar ilk növbədə müəllif haqqında (bu hadisədə milli azadlıq hərəkatı haqqında) mənfi fikir yaradır. 

Heç istəməzdim ki, belə müəlliflər mənim tələbələrim, demokratik fikirli insanlar və ya yazarlar olsun.

MİA.AZ-dan: Xatırladaq ki, bir neçə gün əvvəl "Azərbaycan Dəmir Yolları”nın Belarusdan 1.7 milyonluq vaqonların 15, 2 milyon dollara alınması haqda təhlillə çıxış edib. O, Cavid Qurbanovu və rəhbərlik etdiyi qurumu korrupsuiyada ittiham edərək, sərt tənqid etmişdi.

Mia.az