İqtisadçı ekspert Qubad İbadoğlu keçmiş SSRİ-nin neft və qazla zəngin olan 3 ölkəsində 2019-cu il üçün proqnozlaşdırılan büdcə gəlirləri və onun adambaşına bölgüsü ilə bağlı maraqlı statistik məlumat paylaşıb.
Mia.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, hazırda gəlirlər və onun bölgüsü aşağıdakı kimidir:
Rusiya - büdcə gəlirləri 296 mlrd dollar, hər adama - 2050 $
Qazaxıstan - büdcə gəlirləri 31,5 mlrd. dollar, hər adama -1711$
Azərbaycan büdcə gəlirləri 13,5 mlrd. dollar, hər adama - 1377$
Q.İbadoğlu daha sonra qeyd edir ki, Azərbaycanda növbəti il üçün proqnozlaşdırılan büdcə gəlirlərində neft sektorundan daxilolmalar 59,8 faiz təşkil edir: "Odur ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi gözlənilir. Müqayisə üçün onu da əlavə edim ki, 2019-cu ildə Gürcüstanın qeyri-neft büdcəsi hər adama - 1000 dollar, Azərbaycanın qeyri-neft büdcəsi hər adama - 551 dollar təşkil edəcək".