İyulun 22-si Azərbaycan Milli Mətbuat günüdür. Həmin gün milli mətbuatın
138 ili tamam olur. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı
direktoru Vüqar Səfərli "Media forum” saytına deyib ki, jurnalistlərin
peşə bayramı həmişə olduğu kimi təntənəli şəkildə qeyd olunacaq.
Dövlət başçının sərəncamı ilə Bakının Bibiheybət qəsəbəsində
jurnalistlər üçün yaşayış binasının tikildiyini xatırladan Vüqar Səfərli
bildirib ki, binanın açılışı iyulun 22-də olacaq. Açılışda prezident
İlham Əliyevin iştirakı gözlənilir. Günün birinci yarısında mənzillərin
jurnalistlərə verilməsi nəzərdə tutulur.
Günün ikinci yarısında
isə bayram tədbiri keçiriləcək. Tədbirdə KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin,
həmçinin Mətbuat Şurasının təsis etdiyi, 2011-ci ildən verilən Ali Media
Mükafatının qalibləri mükafatlandırılacaq. Bayram tədbirinin harada
keçiriləcəyi hələ dəqiqləşdirilməyib.
“Jurnalistlər üçün tikilən binanın açılışı iyulun 22-də olacaq”
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48