Tanınmış jurnalist Nicat Dağların sağlıq durumunda yaranmış ciddi
problemlə bağlı olaraq, bu gün ölkənin bir sıra jurnalistləri dövlət
başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya müraciət ediblər.
Müraciətin mətnində bildirilir:
"Bu
müraciəti yazmaqda məqsədimiz Sizdən tanınmış jurnalist, teleqraf.az
saytının baş redaktoru, 15 ildən artıq mediada çalışan Nicat Dağların
(Hüseynov) ağır xəstəlikdən xilası üçün kömək istəməkdir. Sizin hər bir
Azərbaycan vətəndaşına və onun problemlərinin həllinə sayğı ilə
yanaşdığınıza əminik, daim bu cür xeyirxah əməllərinizin şahidi olmuşuq
və inanırıq ki, bizim müraciətimizə biganə qalmayacaqsınız.
Diqqətinizə
çatdırırıq ki, Nicat Sakit oğlu Hüseynovun səhhəti iki həftə öncə
qəfildən pisləşmiş, onda öncə daxili, daha sonra xaricə nüfuz
kəllədaxili qanaxmalar müşahidə edilmişdir. İlkin müayinələri zamanı
onun qara ciyərinin və dalağının normadan 2 dəfədən də artıq böyüdüyü,
ciddi zədə aldığı aşkarlanıb. Onun vəziyyəti ötən həftə daha da
ağırlaşdığı üçün yaxınları təcili olaraq Gürcüstana aparmaq
məcburiyyətində qaldılar. Müayinələr zamanı Nicat Dağların qanının
tərkibində parçalanmalar baş verdiyi üzə çıxıb.
Hazırda onun
durumu kritikdir. Həkimlərin ilkin rəyinə görə, bu tip qan və qaraciyər
xəstəliklərinin müalicəsi üçün külli-miqdarda vəsait tələb olunur.
Hazırda tələb olunan və gərəkən xərclərin dəqiq məbləği də müəyyən
deyildir. Nicat Dağların hazırda müalicəsini həyata keçirmək üçün maddi
imkanları yoxdur.
Nicatın iki azyaşlı övladı var, uzun illərdir xəstə olan anası da onun öhdəliyindədir, həmçinin kirayədə yaşayır.
Mətbuatda
öz imzasını təsdiqləmiş, vicdanla çalışmış, vətənpərvər, dövlətçilik
prinsiplərimizi, milli maraqlarımızı daim təbliğ edib.
Cənab prezident!
Hörmətli Mehriban xanım!
Nicatın
sağalması, balalarını böyütməsi, öz missiyasını davam etdirməsi üçün
tələb olunan vəsaitləri olmadığı və bizim də bu imkanlarımız məhdud
olması, həmçinin, vəsaitlərin qısa bir zamanda – 3-5 gün ərzində əldə
olunması zərurəti yarandığından Sizdən köməklik göstərməyinizi xahiş
edirik və Sizə güvənirik!
Öncədən təşəkkür edirik!”
Müraciətə
ölkənin nüfuzlu baş redaktorları, media qurumlarının rəhbərləri, sıravi
jurnalistlər qoşulublar, hazırda imzalanma prosesi davam edir, sənəd
qısa müddətdə yekunlaşdırılaraq ünvanına göndəriləcək. /musavat.com/
Jurnalistlər Nicat Dağlar üçün prezidentə və birinci xanıma müraciət etdi
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48