31 qəzetə pul ayrıldı; 13 qəzetin hər birinə isə 60 min manat veriləcək
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Mia.az-ın xəbərinə görə, iclasın gündəliyinə iki məsələ daxil edilib:
- 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
- Növbəti il üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərinə yeniliklərin edilməsi.
İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sənədlər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri tiraj, yayım və dövrülük şərtlərini nəzərə alaraq, 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar veriblər (Müsabiqə qalibi olan redaksiyaların siyahısı aşağıda təqdim edilir).
Bir redaksiyanın ("Bütov Azərbaycan? qəzeti) sənədlərinin isə müsabiqə şərtlərinə uyğun olmadığı aşkarlanıb.
Gündəlikdə duran növbəti məsələni müzakirə edən Müşahidə Şurasının üzvləri bildiriblər ki, növbəti ildə müsabiqə şərtlərinə yeniliklər edilməsi vacibdir. Qərara alınıb ki, növbəti müsabiqə ilində müsabiqəyə qatılmaq istəyən KİV-lərin tirajının 2500, yayımının isə 1000 nüsxədən artıq olması şərtləri nəzərə alınsın. Bu barədə redaksiyalara müvafiq bilgilərin verilməsi qərara alınıb.
2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
1. "Yeni Azərbaycan? qəzeti- 60 000
2. "Yeni Müsavat? qəzeti - 60 000
3. "Ayna-Zerkalo? qəzeti- 60 000
4. "Azadlıq? qəzeti- 60 000
5. "Səs? qəzeti - 60 000
6. "Kaspi? qəzeti - 60 000
7. "Mövqe? qəzeti - 60 000
8."Ədalət? qəzeti - 60 000
9. "525-ci? qəzet - 60 000
10. "Bakı-Xəbər? qəzeti - 60 000
11. "Olaylar? qəzeti- 60 000
12. "Ekspress? qəzeti- 60 000
13. "Palitra? qəzeti- 60 000
14."Paralel? qəzeti - 40.000
15."Həftə İçi? qəzeti - 40000
16."Azad Azərbaycan? qəzeti 40000
17. Şərq qəzeti -40000
18. "Xalq Cəbhəsi? qəzet - 40 000
19. "Futbol+Qol? qəzeti -40000
20. "Bizim Yol? qəzeti - 40 000
21. "Novoye Vremya? qəzeti - 30 000
22. "Futbol +? qəzeti - 30 000
23. "Üç Nöqtə? qəzeti - 30 000
24. "Olimpiya Dünyası?qəzeti - 20 000
25. "Oxu Məni? qəzeti - 15 000
26. "Azernews? qəzeti - 20 000
27. "Reytinq? qəzeti - 10 000
28. "Təhsil Problemləri? qəzeti - 8 000
29. "The Business Times? qəzeti - 8 000
30. "Hərbi And? qəzeti - 8 000
31. "Türküstan? qəzeti - 8 000#601;rinin maliyy
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48