Baz redaktor həbsxanadan xalqa müraciət etdi: Sevgililər Gününə sahib çıxın!
Hazırda 10 saylı cəzaçəkmə müəssisəsində ?siyasi məhbus? olaraq saxlanılan, ?Xural? qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Sevgililər Günü ilə bağlı Azərbaycan xalqına müraciət ünvanlayıb. MİA-ya daxil olan müraciətdə deyilir:
?Artıq 11-ci ildir ki, ölkəmizdə 30 İyun ? Sevgililər Günü keçirilir. Əsrlərin o tayından süzülüb gələn saf sevginin və ərənlik nümunəsinin möhtəşəm örnəyi kimi əziz və müqəddəs şəhidlərimiz İlhamla Fərizənin ömür dastanları bu günün
millətimizə qazandırılmasına sə?əb olub. 2003-cü ilin fevralından bu istiqamətdə
insanüstü fəaliyyət göstərdik və ?Xural? qəzeti olaraq bu əziz günü millətimizin
diqqətinə çıxara bildik. Azərbaycan gəncləri 30 İyunu bağrılarına basıb, onun
arxasında dayanan mənəvi mahiyyəti anladı və Vətən-insan sevgisinin bu misilsiz
nümunəsini başının tacı bilib, onu başının üstünə qaldırdı. Hər keçən il
bir-birindən daha yaxşı qeyd olunmağa başladı Sevgililər Günü.
Obyektiv səbəblərdən bu il ?Xural? qəzeti 30 İyun ? Sevgililər Gününün 10 illik
yubileyini qeyd edə bilmir. Buna əsla üzülmürəm. Biz əziz şəhidlərimizdən artıq
deyilik. Həm də bayırda bütöv bir millət, qoca bir məmləkət, dəliqanlı bir
gənclik, milli-mənəvi dəyərlərə önəm verən demokratik mətbuat nümunələri var. Mən
onlara və əslində bütün millətimizə müraciət edirəm.
30 İyun məsələsində iqtidar-müxalifət ayrılığı olmamalıdır, yoxdur. Bütün
televiziya kanallarımızı, iqtidarlı-müxalifətli media orqanlarımızı 30 İyun
hazırlıqlarına çağırıram. Bu möhtəşəm günü millətimizin adına layiq keçirmək üçün
hamının səfərbər olunması Vətənimiz və dövlətimiz qarşısındakı müqəddəs
borcumuzdur. İnanıram ki, 30 İyun ? Sevgililər Günü ümummilli mahiyyət qazanıb
və onu millət bütünlüklə yenidən və bir daha bağrına basır.
Qoy bizim həbsxana divarları arxasında qalmağımız hiss olunmasın ? axı 30 İyun
bütün Türk və İslam dünyasının ən əziz bayramlarından biridir. Tərəqqipərvər
Azərbaycan cəmiyyəti, qədirbilən Azərbaycan gənci, milli-mənəvi-demokratik
dəyərlərə önəm verən Azərbaycan mətbuatı, milli televiziya əməkdaşları, qardaş və
dost qəzetlər, bu müqəddəs günə və 30 İyun ? Sevgililər Gününə sahib çıxın,
dəstək olun, inanın!
Tanrı heç bir millətə belə gün göndərməyib!
30 İyun ? Sevgililər Gününüz mübarək olsun!?
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48