Prezident KiV DF ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Səfərli Vüqar Müzəffər oğlunun yenidən Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktorunun təyin edilməsi haqqında sərəncam verib. MIA AzərTac-a istinadən verdiyi xəbərə görə, prezidentin verdiyi digər sərəncamda isə KİVDF-nin Müşahidə Şurası üzvləri təyin edilib. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş ?Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə?nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
Dövlət orqanlarından
Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Qurbanov Faiq Mirəsədulla oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi
Kütləvi informasiya vasitələrindən
Məcidov Rəşad Müseyib oğlu - 525-ci qəzet?in baş redaktoru
Rəhimzadə Vüqar Gəncəli oğlu - ?İki Sahil? qəzetinin baş redaktoru
Sadıqov Bəxtiyar Yusif oğlu - Azərbaycan? qəzetinin baş redaktoru
Jurnalist təşkilatlarından
Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri
Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48