Milli Məclisin (MM) bugünkü iclasında millət vəklili Fazil Mustafa ölkə jurnalistləri üçün tikilən binadakı mənzillərin bölünməsi barədə danışıb. O bildirib ki, jurnalistlərə ev bölgüsü məsələsində kateqoriyaların bölgüsündə müəyyən məsələlərə diqqət etmək lazımdır: ?Bu gün məşhur olan internet portalları və saytlar var. Burada çalışan jurnalistlər çap mediasından fərqli şəkildə qəbul edilir. Məncə, bütün kateqoriyadan olan jurnalistlər arasında bölgünün ədalətli aparılması yalnız işə fayda verər?.