Vüqar Səfərli jurnalistlərin evindən danızdı: "Biz prezidentin adından danıza bilmərik"
?Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binadakı mənzillərin hansı jurnalistlərə verilməsi prezidentin səlahiyyətindədir?. Mayın 16-da ?Media forum? saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.
Vüqar Səfərli bildirib: ?Bağladığımız müqaviləyə görə, bina tam şəkildə sentyabr ayında təhvil verilməlidir. Biz imkan daxilində binanın milli mətbuatın yarandığı günə - iyulun 22-dək hazır olmasına çalışırıq. Jurnalistlərə mənzilləri media bayramı günü hədiyyə etmək istəyirik. Yəni bu bizim arzumuzdur. Amma götürdüyümüz öhdəliyə görə bina sentyabr ayında hazır olmalıdır?.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, mənzil almaq üçün müraciət edən jurnalistlərin sənədləri Prezident Administrasiyasına təqdim olunacaq: ?Bizim işimiz yalnız binanın tam keyfiyyətli şəkildə tikilib başa çatdırılmasına nəzarət etməkdir. Qalan məsələlər prezidentin səlahiyyətindədir. Bu səbəbdən biz prezidentin adından danışa bilmərik. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov həmin mənzillərin jurnalistlərə hansı meyarlarla veriləcəyini açıqlayıb. Mənzilləri də başqaları yox, məhz jurnalistlər alacaq. Kimlərin alıb-almayacağını isə indidən demək mümkün deyil?.
2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
Binanın tikintisinə 2011-ci ildə start verilib. Bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2013-cü ilin may ayında jurnalistlərə deyib ki, tikilən evlərin paylanması tam şəffaf keçiriləcək və yalnız layiq olan jurnalistlərə təqdim olunacaq: ?Seçim üç prinsip əsasında aparılacaq. Bunlar Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlər olacaq?.
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48