Aprel ayının 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olaraq işə başlayan Cəmil Quliyev artıq ilk kadr islahatını gerçəkləşdirib. İctimai Televiziyadan Modern.az saytına verilən məlumata görə, Cəmil Quliyev dünən İTV-nin kadrlar şöbəsinin müdirini tutduğu vəzifədən kənarlaşdırıb. İTV-dən verilən məlumata görə, Cəmil Quliyev işçilərə kadr islahatlarının davam edəcəyi barədə mesaj da verib. İndi İctimai Televiziya və Radio Yayımları Şirkətində hamı növbəti dəyişikliklərin kiminlə bağlı olacağını gözləyir.