Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Sahil Abdulla oğlu Tahirli Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilib. Qeyd edək ki, Sahil Tahirlidən əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Ramiz Qurbanov olub.