Avropa Məhkəməsi Əli insanovun zikayəti üzrə qərarını açıqlayacaq
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası ilə bağlı qərarını açıqlayacaq. APA-nın AİHM-ə istinadən xəbərinə görə, Ə.İnsanov məhkəməyə müraciətində saxlanılma şəraitindən və zəruri tibbi müalicə şəraitinin olmamasından, eləcə də İnsan Haqları Konvensiyasının 1-ci paraqrafının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) istinadən effektiv hüquqi yardımın olmamasından və 1 saylı Protokolun 1-ci maddəsinə (əmlak toxunulmazlığı) istinadən qohumlarının əmlakının müsadirə olunmasından şikayət edib.
Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə.İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13