TQDK-dan Təhsil Nazirliyinə növbəti zərbə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha 3 dərsliyin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb. APA-nın xəbərinə görə, bunlar 3-cü sinif ?Azərbaycan dili?, ?Riyaziyyat? və ?Həyat bilgisi? dərslikləridir. Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib, rəy artıq Təhsil Nazirliyinə göndərilib. Qeyd edək ki, orta məktəblərin 3-cü sinfində 8 dərslik var.
Xatırladaq ki, TQDK 1-ci sinif üçün ?Ana dili? və ?Riyaziyyat? dərsliklərinin də yararsız olmasına dair rəy verib. TN isə bu rəylə razılaşmır(ans).
TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, komissiyasının müvafiq ekspert Şurası I və III siniflərdə 15 fənn üzrə dərslik və dərs vəsaitlərinin monitorinqini aparıb.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13