?Xural? qəzetinin baz redakoru Əvəz Zeynallının məhkəməsi növbəti dəfə təxirə salındı
Dekabrın 12-də saat 14.00-a təyin olunan məhkəmə Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakim heyətinin, o cümlədən prokurorun dekabrın 12-də mərhum
prezident H.Əliyevin anım mərasimlərinə qatılması səbəbindən təxirə salınıb.
Növbəti məhkəmə prosesinin vaxtı hələlik dəqiqləşdirilməyib.
Baş redaktor isə, əvvəlcədən rəsmi tədbirlərin vaxtını bildikləri üçün nə üçün
məhkəmə prosesinin həmin tarixə salınmasını bir daha siyasi göstərişlə
əlaqələndirir: ?Onlar istədikləri vaxt məhkəmə prosesini sürətləndirir,
istədikləri vaxt isə, əksinə yubadırlar. Bu cür hallara sabiq deputat Gülər
Əhmədovanın məşhur ?mandat alveri? videosu yayımlanandan sonra rast gəlindi.
Həftədə 3 gün təyin olunan məhkəmə prosesləri Gülər Əhmədovanın yuxarıları
?ağzımı açdırmayın? hədələrindən sonra heç bir səbəb olmadan ləngidilməyə
başlanıldı. Hesab edirəm ki, məhkəmə prosesinin yekunlaşmasına baxmayaraq,
hakimlər onu ilin sonunadək bitirmək niyyətində deyillər. Bu da onunla
əlaqədardır ki, adım Avropa Şurası Parlament Asambleyasının siyasi məhbuslar üzrə
məruzəçi Kristofer Ştrasselin ?siyasi məhbusların siyahısı?na salınması müəyyən
dairələri narahat etməyə başlayıb və onlar ilin sonunadək haqqımda məhkəmə
hökmünün çıxarılmasına süni maneələr yaratmaqla öz məkrli niyyətlərini sonadək
həyata keçirməyə çalışırlar. Onların dar düşüncələrinə görə, əgər məhkəmə prosesi
ilin sonunadək qəbul olunmazsa, o zaman mənim adım da ?siyasi məhbuslar?
siyahısından çıxarılması üçün ?əsas? ola bilər...?
Ə.Zeynallı bütün bunlara etiraz əlaməti olaraq Azərbaycanın, o cümlədən də
dünyanın ən nüfuzlu jurnalist və insan haqları təşkilatlarına müraciət
hazırladığını da bildirib.
Həmin müraciəti yaxın günlərdə yayımlayacağıq.
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48