Məcburi köçkünlər Cavid Qurbanovla bağlı Mətbuat Şurasına müraciət etdi
əcər rayonundan olan bir qrup məcburi köçkün bəzi KİV-lərdə millət vəkili Cavid
Qurbanov barəsində dərc edilən yazılarla bağlı Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşova müraciət edib.
Müraciətə imza atan köçkünlər 123 saylı Kəlbəcər seçki dairəsindən seçilmış millət
vəkili Cavid Qurbanov haqqında dərc edilən qərəzli yazıları özlərinə qarşı həqarət,
təhqir kimi qiymətləndiriblər.
Məktubda deyilir ki, Cavid Qurbanov barədə böhtan və əsassız yazılar dərc edən
qəzetlər əsasən Mətbuat Şurasının ?qara siyahı?sına düşən nəşrlərdir. Bu isə
məsələnin mahiyyətini, belə yazı yazanların nəyə xidmət etdiyini açıq-aşkar
göstərir. Onların sözlərinə görə, ?reket qəzetlər? kimi tanınan bu nəşrlərin
?jurnalistlərinin? hansı amala qulluq etdiyi Azərbaycan cəmiyyətinə də yaxşı
məlumdur.
?Biz etimad göstərdiyimiz bir şəxsin belə ?jurnalistlər? tərəfindən təhqirlərə məruz
qalmasına, deputatımızın cəmiyyətdəki imicinə xələl gətirən bu kimi məqamlara seyrçi
qala bilmərik. Milli Məclisdəki təmsilçimizin şərəfi, ləyaqəti bizim şərəfimiz,
ləyaqətimizdir. Ona qarşı aparılan ?qara piar? eyni zamanda bizə yönəlib. Belə
görünür ki, bəzi qüvvələr öz addımları ilə əslində məcburi köçkünləri hədəfə
alıblar.
Biz məcburi köçkünlər isə öz şərəf və ləyaqətimizi qorumaqda israrlıyıq. Hüquqi
dövlətdə yaşayırıq və bunun yolunun məhkəmələrdən keçdiyini də bilirik. Belələri
məhkəmələrdə uduzacaqlarını indidən bilirlər və qəbul ediləcək qərarı bəribaşdan
guya, ölkədə söz və mətbuat azadlığını boğmaq kimi qələmə veririrlər. Biz sübüt
edəcəyik ki, ölkədə söz və mətbuat azadlığı məhz bunlar tərəfindən hörmətdən
salınır. İnsana çamır atmaq, qaralamaq belə qüvvələrin şakərinə çevrilib. Mətbuatı
etikadan kənar ifadələr üstündə kökləmək həm də bütövlükdə jurnalistikaya qarşı
atılan addımdır. Belələri bu şakərləri ilə bütövlükdə mətbuatı gözdən salırlar.
Anonim, yoxlanılmayan, yalan, böhtan dolu məlumatı qəzet səhifələrində vermək
peşəkarlıqla nə dərəcədə uyuşan məsələdir? Hər şeydən öncə bu, jurnalist etikasına,
onun peşəkarlığına ziddir.
Əminik ki, şərəfi, ləyaqəti olan kəs kimsənin şərəf və ləyaqəti ilə oynamaz?-deyə
müraciətdə vurğulanır.
Müraciət müəllifləri bildiriblər ki, minlərlə qaçqın və məcburi köçkünün sosial
problemini həll edən, onların mənəvi dayağı olan millət vəkilinə yönəlmiş qərəzli
addımları qətiyyətlə pisləyirlər.
?Aidiyyatı qurumlardan bu məsələ ilə bağlı ölçü götürməsini istəyirik. Belə başa
düşürük ki, həmin qəzetlər əslində məcburi köçkünlərə ediləcək köməyin onlara
göstərilməsini istəyirlər. Amacları budursa, açıq bildrisinlər, öz çörəkpulumuzu
onlara verək. Təki insanları təhqir etməsinlər. Artıq məsələdən çıxış yolunu
məhkəmlərə müraciətdə görürük?-deyə deputatın seçiciləri bildiriblər.
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48